- Baxış sayı: 53
- 30 Aprel 2024 12:07
- Baxış sayı: 38
- May 02, 2024
- 0
İsveç çempionatında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə AİK-in qonağı olub. Görüş futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Emin sonadək mübarizə aparıb. O, 84-cü dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, “Kalmar” hazırda 22 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.