- Baxış sayı: 48
- 03 Noyabr 2026 10:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Millətlər liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək Azərbaycan – Lüksemburq matçının təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı ingiltərəli FIFA referisi Kris Kavana idarə edəcək.
Ona yerliləri – Daniel Riçard Kuk və qadın hakim Şan Ellis-Messi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.
Matçın hakim-inspektoru san-marinolu Stefano Podeşi olacaq. Türkiyəli Mətin Qazançıoğlu UEFA nümayəndəsi kimi qarşılaşmaya təyinat alıb.
Sentyabrın 5-də Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da başlayacaq.