Millimizin oyunu ona tapşırılıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçməsində Lüksemburqla oyununa təyinatlar açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, Eş-syur Alzett şəhərində “Emil Mayriş” stadionunda görüşü isveçrəli baş hakim Dezire Qrundbaxer idarə edəcək. Yan xətlərdə Mattias Sbrissa və Giyom Mer olacaq. Dördüncü referi funksiyasını Anozhen Kanaqasinqam yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 6-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Həmin kateqoriyadan