Millimizin qapıçısı ən çox qurtarış edən qapıçıdır

Dünya çempionatının seçməsinin 4-cü turundan sonra statistik göstəriciləri açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ən çox qurtarış edən qapıçı ünvanına sahib çıxıb.

27 yaşlı qolkiper Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda 2 dəfə komandasını real qoldan xilas edib. O, əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 “seyv”lə yadda qalıb.

Şahruddin hazırda 21 qurtarışla siyahıya başçılıq edir.

Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.

Həmin kateqoriyadan