- Baxış sayı: 24
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0
Azərbaycan millisində çıxış etmiş Pavel Paşayevin yeni klubu müəyyənləşib.
Allsport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını Ukrayna I liqasında (səviyyəcə ikinci) mübarizə aparan “VPK-Arqo“da davam etdirəcək.
Klub onunla imzalanan müqavilənin detalları açıqlamayıb.
Paşayev son olaraq Ukrayna premyer liqası təmsilçisi “Aleksandriya”nın formasını geyinib. Müdafiəçi 2015 – 2020-ci illərdə millimizə dəvət alıb. “VPK-Arqo” 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.