Millimizin üzvü Ukraynada qol vurdu

Millimizin hücumçusu Rüstəm Əhmədzadə Ukrayna premyer liqasında növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, onun çıxış etdiyi “Minay” 12-ci turda “Rux”un qonağı olub.

Görüş 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Əhmədzadə 12-ci dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə sarı vərəqə alan Rüstəm 71-ci dəqiqədə əvəzlənib.

Xallarının sayını 8-ə yüksəldən “Minay” turnir cədvəlində 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan