Millini tərk etdi

Millini tərk etdi

Fransa millisində Didye Deşam dövrü başa çatıb.

Allsport.az xəbər verir ki, Deşamın istefası komandasının 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib.

57 yaşlı mütəxəssis hələ 2025-ci ilin yanvarında dünya çempionatından sonra vəzifəsindən ayrılacağını açıqlamışdı.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edirdi. Komanda onun başçılığı altında 2018-ci ildə dünya çempionu olub, DÇ-2022-nin finalına yüksəlib və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

Fransa millisi İspaniyaya məğlubiyyətdən sonra dünya çempionatında üçüncü yer uğrunda matçda mübarizə aparacaq.

Deşamın mümkün əvəzləyicisi kimi Zinəddin Zidanın adı çəkilir.

Həmin kateqoriyadan