- Baxış sayı: 239
- 08 May 2026 17:08
- Baxış sayı: 239
- May 08, 2026
- 0

DÇ-2024-ün elit-raun mərhələsində oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Allsport.az xəbər verir ki, oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmamızın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)
Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan)