- Baxış sayı: 60
- 05 İyul 2026 19:41
- Baxış sayı: 50
- İyul 05, 2026
- 0
Kişi basketbolçulardan ibarət millimiz Avropa çempionatı-2029-un ilkin seçmə qrupda 2-ci oyununda evdə İrlandiya 70:76 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın kapitanı Amil Həmzəyev basketbol federasiyasının ünvanına sərt açıqlama verdi:
“Oyunda tez önə keçdik. 15 xal fərqi ilə irəlidə olmaq bizi bir qədər arxayınlaşdırdı. Gec olsaydı, nəticə fərqli ola bilərdi. Sadəddin Donatin olmaması oyun tərzimizi pozub. Federasiyadan da lazımi diqqət yoxdur.
Dünya təcrübəsində əsas böyüklərdən ibarət millidir. Sonra gənclər, yeniyetmələr, 3×3 basketbol və sairə. Düzdür, məğlubiyyətə haqq qazandırmıram. Fəqət, 2 il öncə İrlandiyaya 20 top fərqi ilə uduzurduq, indi 5-6 top geridə olduq. Rəhbərliyin son dövrdə diqqəti zəifləyib.
Vitse-prezident Fərrux Mahmudov imkan daxilində köməyini göstərir. Baş məşqçi yerli olanda dəstək yetərincə olmur. Maliyyəni qalıcı sahəyə yönəltmək lazımdır. 3×3 dünənə qədər küçə basketbolu sayılırdı, kommersiya tiplidir. Pul bitəndə, o da bitəcək.
Bu günlərdə rəhbırliklə görüşmək istəyirik. Yenə millidəyəm, yenə ayaqdayam. Milli – hamınındır. Nə vaxt oyunum tükənsə, onda ayrılaram, yerimə başqası keçər”.