Milliyə qayıda bilər

Milliyə qayıda bilər

Luis Suares baş məşqçi dəyişikliyindən sonra Uruqvay millisinə qayıda bilər.

Allsport.az xəbər verir ki, bu yay Marselo Byelsanı əvəzləyən Dieqo Forlan milli komandaya rəhbərlik etməyə başlayıb.

47 yaşlı mütəxəssis Suaresin yenidən milliyə dəvət olunmasına müsbət yanaşdığını bildirib:

“Luisə böyük hörmətim var və ona həqiqətən inanıram. Əgər o, hazırdırsa, niyə onun kimi qol vuran, təcrübəyə malik və həftədən-həftəyə özünü göstərən futbolçunu seçməyək? Sonra necə olacağını görəcəyik. Heç kim Luisin nəyə qadir olduğu barədə mübahisə etməyəcək”.

“İnter Mayami”nin 39 yaşlı hücumçusu sonuncu dəfə 2024-cü ildə Uruqvay millisinin formasını geyinib.

Həmin kateqoriyadan