- Baxış sayı: 18
- 22 İyul 2026 23:35
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

Xames Rodriqes “Minnesota Yunayted”dən ayrıldı
Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes ABŞ-ın “Minnesota Yunayted” klubu ilə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, MLS təmsilçisi 35 yaşlı futbolçunun müqavilə müddətinin başa çatdığını və komandadan ayrıldığını açıqlayıb.
Xames Rodriqes bu komandanın heyətində 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli futbolçu karyerası ərzində “Monako”, “Real”, “Bavariya”, “Everton”, “Portu” və digər tanınmış klubların da formasını geyinib.