FOTO
MMA döyüşçümüz Yaponiyada “Bir Azərbaycanlı” ilə

MMA döyüşçümüz Yaponiyada “Bir Azərbaycanlı” ilə

Bildiyiniz kimi, peşəkar və qarışıq döyüş sənətləri üzrə müxtəlif tədbirlərin keçirilməsini təmin edən yapon döyüş mədəniyyətləri federasiyası silsilə yarış çərçivəsində Rizin qran-prisi keçirib. 

Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Tofiq Musayev bu sınaqda avstraliyalı güləşçi Damien Braun üzərində sayca 3-cü qələbəsini qazanaraq yarımfinala adlayıb. Bu mərhələnin qarşılaşması dekabrın 29-da olacaq.

O, Yaponiyanın Osaka şəhərində uğurunu özünəməxsus tərzdə bayram edib, geyimini – milli idman brendi “İl’Azero” nümayiş etdirib. Xatırladaq ki, şirkət Polşa istehsal olunan məhsullar buraxır. “Bir Azərbaycanlı” voleybol meneceri İlqar İmamquluyevindir. 

Həmin kateqoriyadan