“Modriç kimi olacaq”

“Modriç kimi olacaq”

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın türkiyəli yarımmüdafiəçisi Arda Gülərin inkişafı barədə danışıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 21 yaşlı futbolçunun gələcəkdə meydandakı mövqeyini dəyişə biləcəyini bildirib:

“Ardanı bəyənirəm. Düşünürəm ki, onunla Modriç və ya Bernardu Silvada olduğu kimi bir şey baş verəcək. Futbolçu bir mövqedə başlayır, digərində karyerasını davam etdirir. 10 nömrə mövqeyindən başlayıb, sonda 8 və ya 6 nömrə mövqeyində oynaya bilər.

Düşünürəm ki, Arda inkişaf etdikcə və oyunu daha yaxşı başa düşdükcə bu istiqamətdə irəliləyəcək”.

Arda Gülər 2025/26 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan