- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 129
- May 04, 2026
- 0

Avro-2024-ün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Xorvatiya – İtaliya oyununun (1:1) ən yaxşısı müəyyənləşib.
Allsport.az xəbər verir ki, bu ada Xorvatiya millisinin kapitanı Luka Modriç layiq görülüb.
Matçın 54-cü dəqiqəsində penaltini qaçıran 38 yaşlı yarımmüdafiəçi 1 dəqiqə sonra komandasını hesabda önə keçirib. Lakin Mordiçin bu qolu qələbə üçün kifayət etməyib. Qapısında 90+8-ci dəqiqədə qol görən xorvatlar yekunda heç-heçə ilə kifayətləniblər. Bu nəticə ilə komanda qrup mərhələsini 2 xalla üçüncü pillədə başa vurub.