“Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə”

AVRO-2020-nin Bakıda keçirilən oyunlarının yerli əməliyyat qrupunun əməkdaşları və Avro-2020-nin könüllüləri bu gün Danimarka millisinin üzvü Kristien Eriksenə dəstək nümayiş etdiriblər.

Allsport.az xəbər verir ki, Bakı olimpiya stadionunun qarşısında “STAY STRONG, ERIKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.

AVRO-2020-nin “B” qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.

Həmin kateqoriyadan