MOK-un vitse-prezidenti Pekin-2022-nin təqdimatında bayraqdarı açıqladı

Yanvarın 18-də Milli olimpiya komitəsi, Pekin-2022 qış olimpiya oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi təşkil edib. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Çinin Azərbaycandakı səfiri Qo Min, olimpiya çempionları və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çingiz Hüseynzadə çıxışında, Azərbaycan Pekin-2022-də fərdi fiqurlu konkisürmə idman növündə 2 idmançı ilə təmsil olunacağını bildirib. Dördilliyin zirvə yarışında idmançılarımızdan Yekaterina Ryabova və Vladimir Litvintsev mübarizə aparacaqlar. Pxençan-2018-də ölkəmiz cəmi bir idmançı ilə dağ xizəyi yarışında təmsil olunmuşdu. Fevralın 4-20-də keçiriləcək qış olimpiadasında Azərbaycan nümayəndə heyəti 10 nəfərdən artıq olacaq. O, Pekin-2022-də komandamızın bayraqdarının adını da açıqlayıb. Bu şərəfə Vladimir Litvintsev nail olacaq. MOK rəsmisi həm təşkilatçılara, həm də iştirakçılara uğurlar və təhlükəsiz yarış arzulayıb.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min mərasimin yüksək səviyyədə təşkilinə görə MOK rəhbərliyinə təşəkkür edib. “Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir”, – deyən xanım səfir bunun Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olduğunu qeyd edib. Diplomat bildirib: “Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir və atletləriniz beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanırlar”.

“Çin dünyaya möhtəşəm, eksklüziv və qeyri-adi Olimpiya Oyunları bəxş etməyi beynəlxalq ictimaiyyət qarşısında özünə borc bilir”, – deyən Q.Min “Birlikdə birgə gələcək naminə” şüarı altında keçiriləcək Qış Olimpiya Oyunlarında idmançılara və iştirakçılara uğurlar arzulayıb.O,
MOK-un Pekin-2022-ə həsr olunan təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.

Həmin kateqoriyadan