“Monako”ya investor ola bilər

“Monako”ya investor ola bilər

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo “Monako”ya investor ola bilər.

Allsport.az xəbər verir ki, komandanın baş icraçı direktoru Aleksey Yefimov bazar ertəsi axşam Ronaldinyo və Andorranın “Clayton sport” investisiya fondu tərəfindən mümkün investisiya ilə bağlı niyyət məktubu alıb.

Bu təklif klubun “Helen holdinqs” konsorsiumuna satılması ilə bağlı razılaşmanı yekunlaşdırmaq niyyətini açıq şəkildə təsdiqləməsindən cəmi bir neçə saat sonra daxil olub. Konsorsiuma NBA-nın sabiq basketbolçusu Camal Meşbern rəhbərlik edir.

Hazırda “Monako” Meşbern qrupunun rəhbərliyi ilə danışıqları davam etdirir. Klubun Fransa çempionatına qayıtması üçün tələb olunan maliyyələşmənin təmin edilməsi əsas məsələlərdən biridir. Ronaldinyonun potensial investor kimi prosesə qoşulması isə vəziyyətin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Həmin kateqoriyadan