“”Mançester Yunayted”in mənimlə maraqlandığını bilən kimi qərarımı verdim”

Allspsort.az xəbər verir ki, “Mançester Yunayted”in yeni futbolçusu Meyson Mount “Çelsi”dən keçidinə nəyin təsir etdiyini açıqlayıb:

“Bir neçə ay əvvəl məlum oldu ki, mən “Çelsinin gələcək planlarının bir hissəsi deyiləm. “Yunayted”in mənimlə maraqlandığını bilən kimi qərarımı verdim.

Bu, əfsanəvi oyunçuları olan nəhəng klubdur və mən əvvəldən bunun bir parçası olmaq istəyirdim. Əsas məqsədim komandaya erkən daxil olmaq və mövsüm öncəsi start heyətdə hazırlaşmaq idi”.

Həmin kateqoriyadan