Mövsümün ilk turunun hakim təyinatları

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunna ölkə birinciliyində ilk turun bütün təyinatları müəyyənləşib. Allsport.az sizi həmin təyinatlarla tanış edir.

Əvəzedicilərin çempionatı
1-ci tur
8 avqust (şənbə)

“Neftçi” – “Kəpəz”
Hakimlər: Alik Yunusov, Eyyub İbrahimov, Elman Kərimov, Emin Nağıbəyov.
Hakim-inspektor: Azad Mütəllimov.
Bakı. “Dalğa Arena”, 18:30.

“Zirə” – AzAL
Hakimlər: Nail Nağıyev, Elgün Adıgözəlli, Elçin Əsədov, Vüqar Həsənli.
Hakim-inspektor: Rəhman Tağıyev.
Binə qəsəbə stadionu, 19:00.

“Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Ramiz Məhərrəmov, Teymur Teymurov, İlkin Arzumanov, Xalid Quliyev.
Hakim-inspektor: Ramiz Əsədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança, 18:30.

9 avqust (bazar)

“Rəvan” – “Sumqayıt”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Ruslan Nəsibov, Samir Qasımov.
Hakim-inspektor: Eldəniz Musayev.
Bakı. “Bayıl Arena”, 21:15.

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Etibar Həsənov, Tural Bayramov, Habil Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Qəbələ şəhər stadionu, 18:30.

Həmin kateqoriyadan