Mübarizəni dayandırdı

Mübarizəni dayandırdı

Polşanın “Rakuv” klubu, heyətində Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin də yer aldığı komanda, UEFA konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, Polşanın Çenstoxova şəhərində keçirilən görüşdə meydan sahibləri 2:3 hesabı ilə məğlub olublar. İlk oyun 2:2 hesabı ilə başa çatmışdı.

“Rakuv”un ikinci qolunu 88-ci dəqiqədə Mahir Əmrəli vuraraq hesabı 2:2-yə çatdırıb. Azərbaycan millisinin hücumçusu 89-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub. 94-cü dəqiqədə “Hayduk” daha bir qol vuraraq 3:2 hesabı ilə önə keçib.

Beləliklə, “Hayduk” iki oyunun nəticəsinə əsasən 5:4 hesabı ilə qalib gəlib və turnirin liqa mərhələsinə yüksəlib. “Rakuv” isə avrokuboklarda mübarizəni dayandırıb.

Həmin kateqoriyadan