- Baxış sayı: 23
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Gürcüstanın I Divizion təmsilçisi “Şevardeni” azərbaycanlı futbolçu Murad İsmayılzadəni heyətinə qatıb. Allsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Murad Tbilisi klubunda 21 nömrəli formada çıxış edəcək.
“İnter”in yetirməsi “Zirə” və “Sabah” klublarında da oynayıb. Murad Azərbaycanın U-17 və U-19 milli komandalarına dəvət alıb.