“Musa yüksəlişəmeyilli futbolçudur”

Allsport.az xəbər verir ki, “Yurqorden” klubunun futbolçusu Maqnus Erikson komanda yoldaşı Musa Qurbanlı barədə danışıb:

“Musa Qurbanlı burada qollar vurmağa hazırdır. O, son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir. Onu ən yaxşı vəziyyətə gətirmək bizim üçün vacibdir. Musa yüksəlişəmeyilli futbolçudur. Sadəcə, milli komandanın oyunları zamanı uzaq yol qət etdi, yorğunluq oldu. Artıq bir həftədən çoxdur ki, bizimlədir”.

Həmin kateqoriyadan