Muxtar Babayev “Sumqayıt”ın üzvləri ilə görüşüb

Bu gün “Sumqayıt” Futbol Klubunun məşqindən əvvəl “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili eyni zamanda klubun Müşahidə Şurasının üzvü Muxtar Babayev komanda üzvləri ilə görüşüb. Allsport.az xəbər verir ki, Babayev öz növbəsində “Sumqayıt”ın son nəticələrinin uğurlu olması və bu gün peşə bayramını qeyd edən kimyaçılar adından komandaya xoş arzularını çatdırıb.

Eyni zamanda, kapitan Vurğun Hüseynov kimyaçıların 70 illik yubileyi münasibəti ilə Muxtar Babayevi təbrik edib və öz uğurlu oyunları ilə onları sevindirəcəklərini bildirib.

Daha sonra “Sumqayıt” FK-nun baş məşqçisi Samir Abasov komandanın adından 1 noyabr 2015-ci ildə ölkəmizdə keçiriləcək Parlament seçkilərində şəhərimizin 43 saylı dairəsindən namizədliyi irəli sürülmüş Muxtar Babayevə dəstək olacaqlarını bildirərək ona uğurlar arzulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan