Nəbi Vuraldan beynəlxalq aykido məşğələsi

Oktyabrın 26-27-də aykido mərkəzində Avrasiya aikido təşkilatını yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi ilə beynəlxalq məşğələ keçiriləcək. Allsport.az saytı xəbər verir ki, seminara Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran və Astaradan idmançı və məşqçilər qatılacaqlar.

Mütəxəssis 40 ildir bu idmanla məşğul olur. O, Fransada Nobuyoşi Tamuranın rəhbərliyi ilə aykidonu öyrənməyə başlayıb. Ustad bu növün banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. Qonağı ölkəmizə AAF prezidenti 6-dan sensey Fərhad Ələsgərov dəvət edib.

Ümumilikdə 200 nəfərin qatılacağı toplantıya Rusiya, Fransa, Türkiyə və İrandan olan nümayəndələr də iştirak edəcəklər.

Həmin kateqoriyadan