- Baxış sayı: 49
- 10 Avqust 2026 17:33
- Baxış sayı: 103
- Avqust 10, 2026
- 0

“Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, o, “Fight Night Global 90” çərçivəsinə qüvvəsini sınayıb.
24 yaşlı təmsilçimiz Moskvada “MOİK Arena”da Mixail Qoqitidze ilə üz-üzə gəlib. Yüngül çəki dərəcəsində baş tutan döyüş həmyerlimizin rusiyalı rəqibi üzərində qələbəsi ilə başa çatıb.
Bu, idmançımızın karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız 4 dəfə məğlubiyyətlə üzləşib.