Nəriman Abbasovun Moskva sınağı

Nəriman Abbasovun Moskva sınağı

MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək. Allsport.az xəbər verir ki, “Qəbələ”nin üzvü Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək.

Aprelin 10-da baş tutacaq qarşılaşmada onun rəqibi Rusiya təmsilçisi Şamil Əmirov olacaq.

Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Abbasov titulunu qorumaq üçün mübarizə aparacaq. Lujnikidəki görüş Abbasovun 29-cu sınağı olacaq. O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Təmsilçimiz son 10 qarşılaşmada qələbəyə sevinib.

Nəriman ötən ilin sentyabrında baş tutan son sınağında Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.

Həmin kateqoriyadan