- Baxış sayı: 30
- 01 Sentyabr 2026 23:56
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

“Sumqayıt” premyer liqanın III turunda öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Filipe Kandido oyunla bağlı fikirlərini açıqlayıb:
“Təbii ki, nəticədən razı qalmadım. Düşünürəm ki, rəqib azlıqda qalana qədər komandam yaxşı futbol göstərirdi. Lakin bundan sonra da bir neçə epizodumuz oldu. İkinci hissədə nəticəni dəyişməyə çalışdıq. Komandada buna istək gördüm.
Razı qaldığım bir sıra məqamlar da oldu. Bura gəldiyim ilk gündən indiyədək oyun planında irəliləyiş hiss edirəm. Ümid edirəm ki, komanda oyundan-oyuna inkişaf edərək istədiyimiz səviyyəyə çatacaq”.