NBA-nı geridə qoydu

NBA-nı geridə qoydu

Qadınlar arasında milli basketbol sssosiasiyasının (VNBA) 2026-cı il ulduzlar oyunu yeni rekordla yadda qalıb.

Allsport.az xəbər verir ki, qarşılaşmanı 19 783 azarkeş izləyib. Bu göstərici 2026-cı ildə keçirilən NBA ulduzlar oyununun tamaşaçı sayından (15 973) daha yüksək olub.

Bununla yanaşı, 19 783 nəfərlik tamaşaçı sayı VNBA ulduzlar oyununun tarixində yeni rekord hesab olunur. Əvvəlki rekord 2007-ci ildə Vaşinqtonda keçirilən oyunda qeydə alınmış 19 487 tamaşaçı idi.

Çikaqodakı “Yunayted senter”də keçirilən görüşün ən dəyərli oyunçusu (MVP) Conkel Cons seçilib. O, matçda 22 xal, 13 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Cons VNBA tarixində müntəzəm mövsümün MVP-si (2021), finalın MVP-si (2024) və ulduzlar oyununun MVP-si (2026) adlarını qazanan ilk basketbolçu olub. O, həmçinin “Nyu York Liberti” klubunun və xarici ölkə təmsilçiləri arasında ulduzlar oyununun ilk MVP-si kimi tarixə düşüb.

Həmin kateqoriyadan