“Neftçi” – “Sumqayıt” matçının başlama saatı dəyişdirildi

Topaz Premyer Liqasının 3-cü turunun bir oyunun başlama saatı yenidən dəyişdirilib. Allsport.az xəbər verir ki, söhbət sabah baş tutacaq “Neftçi” – “Sumqayıt” matçından gedir.

Qeyd edək ki, bu oyunun start saatı daha öncə 21:00-dan 18:30-a dəyişdirilmişdi. Lakin Peşəkar Futbol Liqası bu gün yaydığı son məlumatda bildirib ki, sözügedən oyun havanın tutqun olması səbəbi ilə sabah saat 18:30-da yox, 18:15-də başlayacaq.

“Neftçi” – “Sumqayıt” qarşılaşması sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

Həmin kateqoriyadan