“Neftçi” 33 yaşl qapıçını sifariş etdi

“Neftçi” heyətinə qatdığı yeni futbolçusunu – qapıçı Mixal Peskoviçi Peşəkar Futbol Liqasında yeni mövsüm üçün sifariş edib. Allsport.azxəbər verir ki, paytaxt klubu ilə altı aylıq müqavilə imzalayan slovakiyalı qapıçı artıq növbəti turun “Sumqayıt”la ev oyunundan etibarən “ağ-qaralar”ın heyətində meydana çıxa bilər. O, 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 33 yaşlı Peskoviç “Neftçi”yə gəlməmişdən öncə Polşanın “Podbeskidze” klubunda çıxış edib. Buna qədər isə slovakiyalı qapıçı “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) kimi klubların şərəfini qoruyub.

Həmin kateqoriyadan