“Neftçi İdman Klubu” səmti müəyyən etmə üzrə açıq ölkə çempionatında 1-ci olub

Şabran rayonunun Qalaaltı meşə zolağında və Bakı şəhərinin Dənizkənarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyən etmə üzrə açıq ölkə çempionatına yekun vurulun. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dənizkənarı Bulvar İdarəsi, “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğ İdarəsinin təşkilati dəstəyi ilə keçirilən yarışda 7 komanda və eləcə də nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrindən fərdi idmançılar daxil olmaqla ümumilikdə 200-ə yaxın idmançı orta və sprint məsafələri üzrə mübarizə aparmışlar. Yerli idmançılar ilə bərabər yarışda Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko və Türkiyə Silahlı Qüvvələri İdman Klubunun məşqçi-idmançısı Əlvan İlboğa da iştirak ediblər.

İki gün davam edən yarışda 8 kateqoriya üzrə qaliblər müəyyən olub. Şabran rayonununda keçirilən yarışda kişilər arasında elit kateqoriyasında (M21E) türkiyəli idmançı Əlvan İlboğa bütün rəqiblərini qabaqlayıb. “Neftçi İdman klubu”nun idmançıları Gennadi Klim və Vladislav Tuzov müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Qadınlar arasında isə W21E dərəcəsində Sevda Verdiyeva (Fövqəladə Hallar Nazirliyi) 3.2 km məsafə üzrə yerləşdirilmiş 13 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə birinci çatmışdır. Anna Kamayeva (Neftçi İK) 2-ci, Lətifə Rüstəmova (Müdafiə Nazirliyi) 3-cü olublar.

Orta məsafə üzrə digər kateqoriyalarda:
Junior M:
1. Nikita Finagenov (Nizami UYYM)
2. Stanislav İvanov (Nizami UYYM)
3. Ramin Səlimov (Az. Skautlar Assosiasiyası)

Open M:
1. Bəxtiyar Hümbətov (SHXÇ)
2. Dmitriy Statsenko
3. İntiqam Həsənli (Az. DBTİA)

Open W:
1. Səbinə Quliyeva (DİK)
2. Sevinc Məmmədova (Eko Tour)
3. Xanım Əliyeva (Nizami UYYM)

M35:
1. Stanislav İvaşkeviç
2. Yuriy Tuzov

W35:
1. Dərya Derkaç (DİK)
2. Nadejda Suleymanova (Fifty plus)
3. Leyla Mursakulova

M50:
1. Ramiz Quliyev

Yarışın ikinci günü Dənizkənarı Bulvar və İçəri Şəhər ərazisində təşkil edilmiş sprint üzrə yarışda isə M21E kateqoriyasında Gennadi Klim 3.7 km məsafədə yerləşdirilmiş 18 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə bütün rəqiblərindən tez çataraq yarışın qızıl medalına sahib olmuşdur. Qalibdən təxminən iki dəqiqə geri qalan Elvan İlboğa (TSK) gümüş, Orxan Şahbazov (XDMX) isə bürünc medal qazanmışdır. Qadınlar arasında elit kateqoriyasında isə Dağçılıq İdman Klubunun idmançısı Nataliya Şiyanova qalib olmuşdur. Sevda Verdiyeva (FHN) finiş xəttinə ikinci, Rəna Abaszadə (XDMX) isə üçüncü çatmışdır.

Sprint məsafəsi üzrə digər kateqoriyalarda:
Junior M:
1. Stanislav İvanov (Nizami UYYM
2. Nikita Finagenov (Nizami UYYM)
3. Timur Yanbulatov (Nizami UYYM)

Junior W:
1. Anjelika Solovyova

Open M:
1. Emin Məmmədov (Eko Tour)
2. Rəvan Nəsibov (SHXÇ)
3. Kamran Abdullayev (Buffalo)

Open W:
1. Səbinə Quliyeva (DİK)
2. Anastasiya Volodina (Nizami UYYM)
3. Sevinc Məmmədova (Eko Tour)

M35:
1. Bahadur Muradov
2. Yuriy Tuzov

W35:
1. Süsən Əliyeva (RockStone)
2. Leyla Mursakulova
3. Dərya Derkaç (DİK)

M50:
1. Ramiz Quliyev

İki günün cəminə görə komandalar arasında “Neftçi İdman Klubu” bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Dağçılıq İdman Klubunun komandası ikinci, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə üçüncü olmuşdur. Qalib gələn idmançılara medal və diplomlar təqdim olunmuşdur

Həmin kateqoriyadan