“Neftçi” Premyer Liqanın debütantına qarşı

Bu gün Topaz Premyer Liqasında 7-ci turun növbəti oyunu keçiriləcək. Allsport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun ikinci oyun günündə də bir görüş keçiriləcək.

Çempionatın debütantı “Zirə” “Neftçi”ni qəbul edəcək. Bu komandalar indiyədək qarşılaşmayıblar. Liderdən cəmi iki xal geri qalan zirəlilər qələbə qazanacağı halda nəinki əsas izləyicisi “Neftçi”ni altı xal qabaqlayacaq, həmçinin zirvəni ələ keçirəcək.

Topaz Premyer Liqası
7-ci tur
3 oktyabr (şənbə)

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

Turun digər oyunları: AzAL – “Rəvan” – 1:0, 4 oktyabr (16:00. “Kəpəz” – “Sumqayıt”, 19:00. “İnter” – “Qarabağ”, 21:00. “Qəbələ” – “Xəzər Lənkəran”)

Bombardirlər:
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Aleksey Qay (“Qəbələ”), Riçard Almeyda (“Qarabağ”).

Həmin kateqoriyadan