“Neftçi” “Sumqayıt”ı “Bakcell Arena”da qəbul etməyəcək

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya oyunu ilə əlaqədar olaraq, ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun təmirə bağlanacağını bildirib. Allsport.az xəbər verir ki, bu səbəbdən klub Topaz Premyer Liqasının III turunda “Sumqayıt”la matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

Yuxarıda göstərilənləri nəzərə alan PFL “Neftçi” – “Sumqayıt” matçının məkanını və vaxtını dəyişib. Belə ki, matç “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda reallaşacaq. Oyun 23 avqust saat 18:30-da başlanacaq.

Həmin kateqoriyadan