- Baxış sayı: 54
- 18 Sentyabr 2026 17:27
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

Azərbaycan çempionatında mübarizə aparan “Neftçi” basketbol komandası baş məşqçi vəzifəsini təcrübəli şəxsə həvalə edib. Allsport.az xəbər verir ki, “ağ-qaralar” yunanıstanlı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.
Şərtlərə əsasən, mövsüm başa çatdıqdan sonra tərəflər arasında əməkdaşlığın müddəti yenidən dəyərləndiriləcək.
Zəngin oyunçu karyerası ilə diqqət çəkən 42 yaşlı çalışdırıcı vaxtilə Avropa basketbolunun nəhəngləri sayılan “Olimpiakos”, PAOK, “Unikaxa Malaqa”, “Anadolu Efes” və “Bilbao Basket” kimi klubların şərəfini qoruyub.
Məşqçilik karyerasına gəlincə, o, son olaraq İspaniyanın “Lusentum Alikante” klubuna (2025-2026-cı illər mövsümü) rəhbərlik edib.