“Neftçi”dən ilk, “Qarabağ”la “Qəbələ” növbəti qələbə!

Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

Öncə “Neftçi” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Nəticədə, “ağ-qaralar” cari mövsümdə ilk dəfə 3 xala sahib çıxıblar.

“Qəbələ” də öz meydanında yenidən elitaya qayıtmış “Kəpəz”i sınağa çəkib. Avropa Liqasında çıxı edən qəbələlilər Yunanıstan “Panatinaikos”u ilə səfər oyunu öncəsi vacib qələbəyə imza atıblar.

Son çempion “Qarabağ” isə zəifləmiş AzAL üzərində qələbə qazanmağa çalışıb. Ağdam klubu da Avroliqadakı İsveçrə “Yanq Boyz”u ilə cavab görüşündən əvvəl çempionatda qələbə qazanmağı bacarıb.

Topaz Premyer Liqası
3-cü tur
23 avqust (bazar)

18:15. “Neftçi” – “Sumqayıt” – 2:1 (0:0)
Qollar: A.Abdullayev, 51 (1:0). R.Hacıyev, 53 (2:0). N.Qurbanov, 77 (2:1).
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 32. Orxan Bəşirov, 95. Elvin Bədəlov, 26. Kamal Qurbanov, 19. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 16. Əziz Quliyev.
Baş məşqçi: Samir Əliyev.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad–Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 39. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 15. Nodar Məmmədov, 16. Elnur Abdulov, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.

21:00. “Qəbələ” – “Kəpəz” – 1:0 (1:0)
Qol: E.Zets, 6 (1:0).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezatosnı, 4. Elvin Camalov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 15. Vitali Vernudub, 19. Aleksey Qay, 34. Ürfan Abbasov (k), 44. Rafael Santos, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 5. George Floresku, 9. Sergey Zenyov, 10. Dodo, 17. Qismət Alıyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Kəpəz”: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Junior da Silva, 80. Tural Rzayev, 7. Juninyo, 19. Aleksandr Sitnik.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 27. Bəxtiyar Soltanov, 4. Elvin Cəbrayıllı.
Baş məşqçi: Şahin Diniyev.

21:00. AzAL – “Qarabağ” – 0:2 (0:1)
Qollar: M.Mədətov, 44 (0:1). D.Kintana, 65 (0:2).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov.
Bakı. “Dalğa Arena”.

AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov, 8. Seymur Əsədov (k), 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 21. Murad Səttarlı, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 14. İlqar Ələkbərov, 20. İsmayıl İbrahimli, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 4. Eltun Yaqublu, 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov (k), 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 33. Elton Turabov, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Xəzər Lənkəran” – “Rəvan” – 1:1. 24 avqust (“Zirə” – “İnter”).

Həmin kateqoriyadan