- Baxış sayı: 50
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 300
- Noyabr 09, 2026
- 0

“Neftçi” basketbol klubu Azərbaycan millisinin hücumçusu Cəbrayıl Əkbərovu transfer edib.
Allsport.az xəbər verir ki, 194 sm boya malik oyunçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
24 yaşlı basketbolçu sonuncu dəfə “Gəncə” klubunun şərəfini qoruyub.
Cəbrayıl Əkbərov Azərbaycan millisinin heyətində beynəlxalq yarışlarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində çıxış edib.