- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Slovakiyanın “Nitra” klubu baş məşqçisi Anatoli Demyanenkonu istefaya göndərib. Allsport.az xəbər verir ki, 61 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub istefanın səbəbini açıqlamayıb. Ukraynalı çalışdırıcı komandanı 4 oyuna çıxarmışdı.
Demyanenko 2008-ci ildə “Neftçi”ni çalışdırıb.