“Neftçi”nin üzvləri Dünya Kubokunda hansı komandaya azarkeşlik edəcək?

“Neftçi” klubunun üzvləri Dünya Kubokunda hansı milliyə azarkeşlik edəcəklərini açıqlayıblar. Allsport.az saytı xəbər verir ki, italiyalı baş məşqçi Roberto Bordin Rusiyanı dəstəkləyəcəyini bildirib. Onun köməkçiləri Andrea Vezzu və Etibar Tarıverdiyev isə Braziliyaya üstünlük veriblər. Pentakampeonları 3 futbolçu – Rəhman Hacıyev, Emin Mahmudov və Mirabdulla Abbasov da dəstəkləyib.

Daha iki köməkçi məşqçi – İqor Getman və Füzuli Məmmədov, eləcə də 2 oyunçu – Rəşad Əzizli və Elvin Sərkərov Almaniyaya, Ruslan Abışovla Tural Axundov İspaniyaya, Rəşad Eyubovla Soni Mustivar Fransaya, Kamran İbrahimov Portuqaliyaya, Anton Krivotsyuk Nigeriyaya azarkeşlik edəcəklər.

Qeyd edək ki, bu gün Rusiyada futbol üzrə 21-ci dünya çempionatı başlayacaq.

Həmin kateqoriyadan