Neymar karyerasını göz yaşları ilə bitirdi

Xəbər verdiyimiz kimi, Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası – 2:4) turnirdə mübarizəni dayandırıb. Allsport.az saytı xəbər verir ki, pentakampeonların ulduz futbolçusu Neymar bu sensasiyadan sonra göz yaşlarını saxlaya bilməyib.

Komandanın müdafiəçisi Dani Alveş və digər komanda yoldaşıları həmin vaxt 30 yaşlı hücumçuya təsəlli verib. PSJ-nin hücumçusu görüşün 105+1-ci dəqiqəsində fərqlənib. Lakin rəqib oyunçu Bruno Petkoviç 117-ci dəqiqədə hesabı bərabərləşdirib. Bundan sonra görüş 11-metrlik cərimə zərbələri ilə davam edib.

Həmin kateqoriyadan