- Baxış sayı: 22
- 15 Sentyabr 2026 11:35
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo karyerasını öz ölkəsində davam etdirəcək.
Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu “Santos”la rəsmi müqavilə imzalayıb.
San-Paulu təmsilçisi təcrübəli oyunçu ilə 2026-cı ilin sonunadək razılıq əldə edib. “Vasko da Qama”dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Koutinyo yeni klubuna pulsuz transfer olunub.
Koutinyo “Santos”da milli komandadan sabiq komanda yoldaşı Neymarla birgə çıxış edəcək.
Koutinyo karyerasının ən parlaq illərini “Liverpul” və “Barselona”da keçirib. Braziliyalı ulduz müxtəlif illərdə “İnter” (Milan), “Bavariya” və “Aston Villa” kimi Avropa komandaların şərəfini qoruyub.