Nicat Qurbanov Gürcüstanda daha 2 qol vurdu

Nicat Qurbanov “Samtredia”nın heyətində növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, Gürcüstanın 1-ci liqasında mübarizə aparan klub “Sioni” ilə keçirilən pley-off mərhələsinin cavab oyununda 4:1 hesablı qələbə qazanıb. İlk oyunda 0:0 hesablı bərabərliyə razılaşan “Samtredia” bu qələbə sayəsində yüksək liqaya vəsiqə qazanıb.

Nicat bu oyunda 38 və 71-ci dəqiqələrdə qol vurub. 27 yaşlı futbolçu Gürcüstan I liqasında qol sayını 8-ə yüksəldib.

Həmin kateqoriyadan