- Baxış sayı: 92
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

Xavi Hernandez Niderland millisinin baş məşqçisi təyin olunub.
Allsport.az xəbər verir ki, federasiya 46 yaşlı ispaniyalı mütəxəssislə 2030-cu il dünya çempionatına qədər müqavilə imzalandığını açıqlayıb.
Xavi bu vəzifədə Ronald Koemanı əvəzləyib. Koeman 2026-cı il dünya çempionatından sonra Niderland millisindən ayrılıb.
Xavi üçün bu, klub futbolundan sonra milli komanda səviyyəsində ilk baş məşqçi vəzifəsi olacaq. Onun son iş yeri “Barselona” olub. O, 2021–2024-cü illərdə Kataloniya klubuna rəhbərlik edib.