- Baxış sayı: 32
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, klub Niderland millisinin cinah hücumçusu Kriçensio Sammervillin transferini rəsmən açıqlayıb.
24 yaşlı futbolçu İngiltərənin “Vest Hem” klubundan transfer olunub. Tərəflər 4 illik müqavilə imzalayıblar.
“Əl-Hilal” bu keçid üçün 55 milyon avro sabit məbləğ ödəyəcək. Bonuslarla birlikdə transferin dəyəri 65 milyon avroya çata bilər.
Sammervill ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun “Vest Hem”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.