“Nyukasl”ın kapitanı küçə döyüşündə iştirak edib. O və qardaşı ölümdən dönüb

“Nyukasl”ın kapitanı Camal Lasselles şəhərin mərkəzində davaya qarışıb. Allsport.az saytı xəbər verir ki, hadisə avqustun 20-nə keçən gecə futbolçunun “Mançester Siti” ilə oyundan (0:1) sonra istirahət gününü kiçik qardaşı və dostu ilə keçirdiyi klubun çıxışında baş verib.

O, 6 və ya 8 nəfərin əhatəsində naməlum şəxslər tərəfindən vurulan qardaşının müdafiəsinə qalxıb. Lascelles döyülüb və ona bir şüşə araq atılıb. Az qala bu başına dəyəcəkdi. Qardaşı sifət nahiyəsindən zərbələr alıb, qan itirib. Dostu isə, başından vurulandan sonra, huşunu itirib.

Həmin kateqoriyadan