- Baxış sayı: 41
- 22 Sentyabr 2026 16:53
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Tokio-2020 yay olimpiya oyunlarına hazırlaşan qətərli atlet Abdalelah Harun vəfat edib. Allsport.az xəbər verir ki, 400 metr məsafəyə qaçışda mübarizə aparan idmançı 24 yaşında avtomobil qəzasında dünyasını dəyişib.
Harun 2015-ci ildə Asiya çempionu, 2018-ci ildə isə Asiya oyunlarının qalibi olmuşdu. Mərhum 2017-ci ildə Londondakı dünya çempionatında bürünc medal qazanmışdı.