“Olimpiya günü” eyvanlara çıxan Bakı sakinləri ilə qeyd olunub

Milli olimpiya komitəsi və Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı, həmçinin olimpiya mükafatçısı Rəsul Çunayev və çerlidinq üzrə yığmanın üzvlərinin iştirakı ilə “Olimpiya günü” qeyd olunub. Allsport.az saytı xəbər verir ki, tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında olimpiya hərəkatını təbliğ və təşviq etmək olub.

Ölkə başçısı, həmçinin MOK-un prezidenti İlham Əliyevin koronavirusla mübarizədə “Biz birlikdə güclüyük” şüarına dəstək olan kompozisiya dünyada və Azərbaycanda bir ilkdir. 31 mayacan mərhələli şəkildə yüngülləşdirilən karantin  rejiminin  bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.

Eyvanlara çıxan bina sakinləri çerlidinqçilərinetdiyi hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılib. Yunan-roma güləşində Rio-2016-nın bürünc medalçısı, dünya çempionu, Bakı-2015 Avropa oyunlarının qalibi, “Şöhrət” ordenli Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə əsl çoşquya səbəb olub. Sakinlər eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.

Həmin kateqoriyadan