Olimpiya ilində “Olimpiya”dan zəfər

Olimpiya ilində “Olimpiya”dan zəfər

Həvəskar futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca XXV Azərbaycan birinciliyinə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, Şirvan olimpiya idman kompleksinin stadionunda 3-cü yer uğrunda oyunda bu şəhərin eyni adlı komandası Bakı təmsilçisi “Dirçəliş”i 3:2 məğlub edib.

Ardından Mingəçevirin “Ulduz” və Ağcabədinin “Olimpiya” kollektivləri finalda üz-üzə gəliblər. 2:2 hesabı ilə başa çatan matçda qalib 11-metrlik zərbə sıralaması ilə müəyyənləşib.

Daha dəqiq olan “Olimpiya” (4:2) həvəskarlar liqasının 2023-2024-cü il mövsümünün qalibi olub.

Həmin kateqoriyadan