Olimpiya komitəsində yaponiyalı səfirlə görüş

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorla görüşüb. Allsport.az xəbər verir ki, görüşdə Yaponiya səfirliyinin mədəniyyət və təhsil şöbəsinin müdiri, 3-cü katib İşikava Daiki, MOK-un baş katibinin müavini Azər Əliyev iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycanın Tokio-2020-yə hazırlığını, MOK-un olimpiadanın ölkəmizdə təbliğinə dair fəaliyyət planı və bu işlərin həyata keçirilməsində səfirliyin rolunu müzakirə etmək olub.

Çingiz Hüseynzadə Tokio-2020 olimpiadasının Azərbaycan idmançıları üçün qələbə ilə yadda qalacağına əminliyini ifadə edib. Bundan sonra tərəflər oyunların təbliğat kampaniyası və müvafiq sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Həmin kateqoriyadan