Olimpiya mədəniyyəti və idman pavilyonunun açılışı olacaq

22 iyulda Avropa gənclər olimpiya festivalının İdmançılar kəndində olimpiya mədəniyyəti və idman pavilyonunun açılışı olacaq.

Allsport.az saytı xəbər verir ki, saat 17:00-da başlayacaq mərasimdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, üzv ölkələrin olimpiya komitələrinin rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən olan nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirdə iştirak edəcək media nümayəndələrinin Bakı-2019-a akkreditasiyasının olması və ya öncədən ad soyad təqdim edərək tədbirə qeydiyyatdan keçməsi mütləqdir.

Həmin kateqoriyadan