Olimpiya oyunlarının əsas stadionu açıldı

2020-ci ildə Tokioda keçiriləcək yay olimpiya oyunlarının əsas stadionunun açılışı olub.

Allsport.az xəbər verir ki, stadionun açılışında Yaponiyanın baş naziri Sindzo Abe və bir neçə rəsmi şəxs iştirak edib. Yanvarın 1-i yeni stadionda futbol üzrə Yaponiya kubokunun finalı keçiriləcək.

Olimpiya stadionu üç il ərzində tikilib. 1,44 milyard dollarlıq tikilinin memarı Kenqo Kumadır. 68 min tamaşaçı üçün nəzərdə tutulan stadionda Olimpiadanın açılış və bağlanış mərasimləri, futbol və yüngül atletika üzrə yarışlar keçiriləcək.

Yay olimpiya oyunları 2020-ci ilin 24 iyul – 9 avqust tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan